21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gəlib.
Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda gerçəkləşən matç rəqibin qələbəsi ilə bitib - 5:0.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.