• Bakı 16° C

    1.1 m/s

Azərbaycanın xalq artisi vəfat etdi - VİDEO

MƏDƏNİYYƏT

23 Fevral 2022 | 10:04

Azərbaycanın xalq artisi vəfat etdi - VİDEO

Azərbaycanın Xalq artisti, qaboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib. 

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

Xatırladaq ki, xalq artisti, qaboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026