• Bakı 11° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycanla İspaniya arasında Orta Dəhliz üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

İQTİSADİYYAT

11 Mart 2025 | 20:14

Azərbaycanla İspaniya arasında Orta Dəhliz üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan və İspaniya arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.

"Ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşdük.

İki ölkə arasında rəqəmsallaşma və nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik.

Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

11 Mart 2025