İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında verdiyi bəyanata istinad edərək deyib:
“Biz ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh, əmin-amanlıq istəyirik. Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik istəyirik”.