• Bakı 17° C

    10.15 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Azərbaycanlı nazir ABŞ-də ikitərəfli görüşlər keçirəcək

SİYASƏT

18 Aprel 2024 | 12:06

Azərbaycanlı nazir ABŞ-də ikitərəfli görüşlər keçirəcək

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazir 19 aprel tarixində Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.

    Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

    Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


    SON XƏBƏRLƏR