• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

"Azərşəkər"in keçmiş sədrinin məhkəməsi başladı

CƏMİYYƏT

21 Yanvar 2026 | 17:10

Azərşəkərin keçmiş sədrinin məhkəməsi başladı

"Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Onlar barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses fevralin 5-nə təyin edilib.

Qeyd edək ki, Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıblar. Dəymiş ziyan ödənildiyi üçün onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR