Aparıcı Lalə Azərtaş Yaponiyaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, 44-cü doğum gününü orada qeyd edən aparıcı sosial şəbəkədə səfərdən fotolar paylaşaraq bu sözləri yazıb:
“44 xoş gəldin! Necə ki, qoşa dayanıb düzlənmisən – bütün sağlamlıqları, ruzi-bərəkəti, gözəl günləri, sevgi dolu, hüzurlu anları və xoşbəxtliyi də qoşa-qoşa gətir. Daimi izləyicilərim bilir. 19-cu ildir ki, hər il özümə bir bilet hədiyyəm olur. Bu dəfə Şərqin mədəniyyət güzgüsü Yaponiyaya üz tutdum. Çox da sevdim. Amma yenə də ölkəmə səbirsizləndim. Çünki gəzib-gördükcə bu məmləkətin nə qədər dəyərli olduğunu hər dəfəsində daha artıq hiss edirsən. Allahıma bu ölkənin vətəndaşı olduğum üçün sonsuz şükürlər olsun. Valideynlərimi seçib ən gözəlini verdiyi üçün yenə də yaradanıma minnətdaram! 2 gül balamı mənə verən Allahıma qurban olum mən! Və ətrafımda sevdiyim, məni sevən hər kəs üçün də Tanrıma ayrı təşəkkürüm var! Nə yaxşı ki, siz varımsınız! Nə yaxşı ki, biz varıq! Nə yaxşı ki, mən də varam".
Bakı 





