• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

AzTV-nin əməkdaşı işdən qovuldu

CƏMİYYƏT

29 Mart 2024 | 17:40

AzTV-nin əməkdaşı işdən qovuldu

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub. 

Bakıvaxtı.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən Məmmədovun müvafiq əmri ilə Zöhrab Baxşəliyev vəzifəsindən azad olunub.

Z. Baxşəliyev sosial şəbəkələrdə özünü AzTV-nin aid olmadığı vəzifənin icraçısı kimi təqdim edib. Bununla bərabər tanınmış jurnalist Məhəmmədəli Qəriblini sosial şəbəkələrdə ağır söyüşlərlə təhqir etdiyinə görə işdən çıxarılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl "TikTok" sosial şəbəkəsində "Nemoy" ləqəbli Zöhrab Baxşəliyev Azinforum informasiya portalının baş redaktoru Məhəmmədəli Qəriblini ağır söyüşlərlə təhqir etmiş, aralarında mübahisə yaranmışdı. Məhəmmədəli Qəribli daha sonra məsələni ictimailəşdirmişdi. 


SON XƏBƏRLƏR

26 Aprel 2024