• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Badamov: Dövlət başçısı xarici səfərdə xalqın iradəsini təmsil edir

SİYASƏT

20 Fevral 2026 | 11:46

Badamov: Dövlət başçısı xarici səfərdə xalqın iradəsini təmsil edir

Dövlət başçısı xarici səfərdə olarkən şəxsi kimliyi ilə deyil, Azərbaycanın dövlət iradəsini təmsil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Badamov parlamentin bugünkü iclasında deyib.

"O, bayrağımızı və dövlətimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, xalqımıza və dövlətimizə qarşı hörmətsizlikdir. Dövlət başçısı xarici səfərdə təkcə bir şəxs deyil, xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir", – parlamentari bildirib.

O vurğulayıb ki, Prezidentin beynəlxalq platformalarda hörmətlə qarşılanması və söz sahibi olan lider kimi qəbul olunması bəzi qüvvələri narahat edə bilər, lakin bu cəhdlərin heç bir nəticəsi olmayacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Fevral 2026