• Bakı 31° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bakı aeroportu ACI EUROPE İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Gündəm

04 Iyul 2024 | 16:59

Bakı aeroportu ACI EUROPE İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Heydər Əliyev Beynəlxalq Aeroportu iyulun 2-4-də Türkiyənin İstanbul şəhərində keçirilən ACI EUROPE 34-cü İllik Konqresi və Baş Assambleyasında iştirak edib.

Bakıvaxtı.az hava limanına istinadən xəbər verir ki, bu mühüm hadisə sənayenin inkişafının əsas aspektlərini müzakirə etmək üçün Avropanın aparıcı hava limanları rəhbərlərini və aviasiya sənayesi ekspertlərini bir araya gətirir.

İştirakçılar əsas diqqəti geosiyasi amillərin hava limanı sənayesinə təsiri, sərnişin təcrübəsinin təkmilləşdirilməsi, hava limanı infrastrukturunun modernləşdirilməsi və aviasiya sənayesinin karbonsizləşdirilməsinə yönəldiblər. Öz növbəsində Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf strategiyasını, o cümlədən tullantıların təkrar emalı sistemlərinin, ətraf mühitə təsirin azaldılması üçün innovativ texnologiyaların tətbiqini və digər əsas təşəbbüsləri fəal şəkildə həyata keçirir. Bununla yanaşı, hava limanı tədbirin sərgi hissəsində iştirak edərək əldə etdiyi nailiyyətləri nümayiş etdirib. Sərgidə sərnişinlər və tərəfdaşlar üçün xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bakı hava limanı bu ilin aprel ayında Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olub. Bu, dünya hava limanları ilə fəal əməkdaşlıq, hava limanlarının təkmilləşdirilməsi proqramlarında iştirak, potensialın artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün unikal imkanlar açıb.


SON XƏBƏRLƏR

06 Iyul 2024