• Bakı 28° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

SİYASƏT

23 Avqust 2026 | 13:22

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın intensivləşməsi ilə müşayiət olunur.

Bakıvaxtı.az xəbər verir ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib.

İki ölkə arasında münasibətlərin əsas siyasi mexanizmlərindən biri 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti — III iclasın keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq regionlar səviyyəsində də genişlənir. Azərbaycan–Özbəkistan Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026