• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakı ilə Ankara arasında qida təhlükəsizliyi ilə bağlı müzakirə

GÜNDƏM

11 Iyun 2021 | 22:55

Bakı ilə Ankara arasında qida təhlükəsizliyi ilə bağlı müzakirə

İyunun 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fateh Metini qəbul edib.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, qurumun sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə heyvan sağlamlığının təmin olunması istiqamətində xəstəliklərdən azad zonanın yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı, elektron fitosanitar sertifikatların qarşılıqlı tanınması və mübadiləsi, bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlimlərin təşkili və istedadlı gənclərin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə qardaş ölkədə təhsil almaq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında gələcəkdə imzalanması nəzərdə tutulan qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində əməkdaşlıq üzrə “Saziş” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında heyvan sağlamlığı, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026