Bakı ilə sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm İrəvan, həm də Bakı üçün uyğun olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusu ola bilər”, - nazir qeyd edib.