“Bir neçə il öncəsinədək torpaqları işğal altında olan Azərbaycan bu gün prezidentin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdmi, gücləndi və sadəcə regionda deyil, dünyada da sülhün gəlməsi üçün öz töhfələrini verməkdədir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, sülh təşəbbüsü birbaşa Azərbaycana məxsusdur:
“Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb, bizə qarşı soyqırım törədib. Ona görə də sülh prosesində öncül olmaq və onu irəliyə daşımaq heç də asan məsələ deyildi. Bu prosesin əsas aparıcı qüvvəsi Azərbaycandır”.
Müsahibimiz vurğulayıb ki, Bakı və İrəvan arasında sülhün əldə olunması unikal nümunədir. Dediyinə görə, məsələ ondadır ki, digər regionlarda münaqişələrin bu və ya digər formada yenidən başlama ehtimalı var. Deputat bildirib ki, amma Azərbaycanın apardığı uzaqgörən siyasət nəticəsində bizim bölgəmizə sülh artıq gəlib.

Ceyhun Məmmədov: Azərbaycanın uzaqgörən siyasəti nəticəsində bizim bölgəmizə sülh artıq gəlib
C.Məmmədova görə, sözün həqiqi mənasında Azərbaycan-Ermənistan münasibətləri dünyanın əksər ölkələri üçün bir numünədir;
“Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bir çox dövlət başçısı var idi. Amma ABŞ prezidenti Donald Tramp məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevi nümunə göstərdi və daha sonra prezidentimiz barədə çox yüksək fikirlər söylədi”.
“Hazırda Ermənistanla normallaşma prosesi gedir və şübhəsiz ki, qarşıdakı dönəmdə sülh müqaviləsi də imzalanacaq. Yəni münaqişəyə bütövlükdə və birdəfəlik son qoyulacaq”, - deyə Ceyhun Məmmədov əlavə edib.
Aydın Baxış
Bakı 




