• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakı məktəblilərini güllələməklə hədələyən qrupla bağlı araşdırmalara başlanıldı

CƏMİYYƏT

11 Mart 2024 | 23:54 | Müəllif: Subhan Mahmudov

Bakı məktəblilərini güllələməklə hədələyən qrupla bağlı araşdırmalara başlanıldı

Bakıda "Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən qrup məktəbliləri təhdid edərək onları güllələyəcəyi ilə bağlı paylaşım edib. 

"16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız" deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.


Bakı məktəblilərini güllələməklə hədələyən qrupla bağlı araşdırmalara başlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026