• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Bakı münaqişə tərəflərinin görüş yeri ola bilər? - İsrail və İran üçün ən məqbul variant...

SİYASƏT

06 Avqust 2024 | 16:49

Bakı münaqişə tərəflərinin görüş yeri ola bilər? - İsrail və İran üçün ən məqbul variant...

“Dünya mediasının və beynəlxalq ictimaiyyətin diqqəti İran-İsrail arasında baş vermə ehtimalı olan yeni hərbi toqquşmadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Ekspertin sözlərinə görə, artıq dünya gücləri İran-İsrail gərginliyində cəbhələşməyə başlayıblar:

"İsrail ABŞ və NATO-nun dəstəyini arxasına aldığını düşünür. İran isə Rusiya və Çinin dəstəyinə arxalanır. Sergey Şoyqunun İrana səfərində bir çox sənədlər imzalanıb. Rusiyanın hava hücumundan müdafiə sistemlərinin İrana verilməsi məsələsi gündəmə gətirilib. Yəni açıq-aşkar cəbhələşmə gedir. Azərbaycan İranla qonşu dövlətdir və cənub qonşumuzda baş verəcək istənilən qarşıdurmanın, insidentin təsirləri ölkəmizdən yan keçməyəcək. Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı dövlətidir. Eyni zamanda Azərbaycanın İsraillə münasibətləri də yüksək səviyyədədir. Şoyqunun Azərbaycana səfərində bu məsələlərin müzakirə predmeti olması şübhəsizdir. Real münaqişələrdən mümkün qədər uzaq durmaq və problemlərin həllini masaya daşımaq məsələsi müzakirə olunmaqdadır. Belə şəaitdə münaqişəli tərəflərin görüş üçün ən uyğun məkanı Bakı ola bilər. İsrail və İran üçün Azərbaycan ən məqbul variantdır".

Həmsöhbətimiz vurğulayıb ki, görüşlə bağlı ümumi məlumatlar açıqlanıb:

"Böyük ehtimal bəzi məqamlar dövlətin və regionun təhlükəsizliyi baxımından ictimaiyyətə açıqlanmayacaq. Hər halda indiki gərgin dönəmdə tərəflər arasında müzakirə predmetləri çoxdur”.

Samir Hümbətov: Regionun aparıcı dövlətləri də Bakı ilə təmaslarda maraqlıdırlar

S,Hümbətov qeyd edib ki, Azərbaycan Prezidentinə etibar və etimad böyükdür. Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi vaxtda belə Azərbaycan Prezidenti dövriyəyə girib. Hətta İsrail-Türkiyə əlaqələrinin normallaşmasında da Bakı öz imkanlarından istifadə edib:

“Azərbaycan Prezidentinin rəsmi və ya qeyri-rəsmi diplomatik gedişləri dünya gücləri tərəfindən qəbul olunur. O baxımdan regionun aparıcı dövlətləri də Bakı ilə təmaslarda maraqlıdırlar".

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Sentyabr 2024