• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakı Olimpiya Stadionunun qarşısında qəza: sıxlıq yarandı - FOTO+YENİLƏNİB

HADİSƏ

28 Mart 2024 | 10:02

Bakı Olimpiya Stadionunun qarşısında qəza: sıxlıq yarandı - FOTO+YENİLƏNİB

Bu gün 09:08 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığından yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

    Xəsarət alan 54 yaşlı şəxs (kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, xəsarətlə nəticələnən yol qəzası ilə bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

    ...

    09:41

    Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Bakıvaxtı.az-a DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

      Qeyd edilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.


      SON XƏBƏRLƏR

      26 Aprel 2024