“Biz ödənişli yolla bağlı qərar verəndə çox müzakirə etdik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, belə bir qayda var idi, ödənişli yol o vaxt istifadə olunur ki, digər yol da normal olsun:
"Hazırda Bakı-Quba yolu bərbad vəziyyətdədir. Tariflər yüksəkdir, insanlar digər yoldan da istifadə edə bilmir. Həmin yol bərpa olunmalıdır”.
Aytac Aslan
















