• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bakı-Quba yolunda iki avtomobil toqquşdu - VİDEO

HADİSƏ

21 Mart 2023 | 19:00

Bakı-Quba yolunda iki avtomobil toqquşdu - VİDEO

Bakı-Quba yolunda iki avtomobil toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə paylaşılıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qəza bu gün saat 13:30 radələrində sözügedən yolun 96-cı km-də qeydə alınıb.

“Belə ki, BMW markalı 77-PX-673 dövlət nömrə nişanlı avtomobil ilə “Hyundai” markalı avtomobil toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib”. /Oxu.az


SON XƏBƏRLƏR