• Bakı C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

Bakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar var - FOTO

CƏMİYYƏT

04 Mart 2026 | 12:56

Bakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar var - FOTO

Bakı–Quba avtomobil yolunda yük maşını aşıb, xəsarət alanlar var.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

lkin məlumata görə, hərəkətdə olan yük avtomobili idarəetməni itirərək aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

03 Mart 2026