• Bakı 26° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Bakıda 1650 manatlıq DƏLƏDUZLUQ: “EmbaFinans”ın adından vətəndaşı aldatdılar - ŞİKAYƏT

HADİSƏ

21 Avqust 2026 | 17:25

Bakıda 1650 manatlıq DƏLƏDUZLUQ: “EmbaFinans”ın adından vətəndaşı aldatdılar - ŞİKAYƏT

“EmbaFinans”ın adından istifadə edilərək vətəndaşlara saxta kredit təklifləri verilməsi ilə bağlı Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.

Şikayətçi Elxan Əliyevin sözlərinə görə, “EmbaFinans”ın adından istifadə edən şəxslər TikTok vasitəsilə ona kredit təklif edib, daha sonra isə kreditin rəsmiləşdirilməsi üçün müəyyən məbləğdə pul tələb ediblər.

Elxan Əliyev vəsaiti (1650 manat) yatırdıqdan sonra həmin şəxslərlə əlaqə saxlamağın mümkün olmadığını bildirir.

 

Məsələ ilə bağlı “EmbaFinans” şirkətinin nümayəndəsindən açıqlama aldıq.

Şirkət nümayəndəsi bildiridi ki, hazırda müştərilərə TikTok-da “EmbaFinans” adı ilə müraciət olunur.

“Bildiyimiz qədər, bir neçə nömrədən müştərilərə zəng edilir və “Emba Finans” adından kredit təklif olunur. Müştərinin kartından müəyyən məbləğdə pul tutulması və digər bu kimi hallarla bağlı bizə də müraciətlər olub. Belə dələduzluq halları ilə bağlı şirkət tərəfindən də Daxili İşlər Nazirliyinə məlumat verilib. Ona görə müştərilərdən xahiş edirik ki, belə hallarla qarşılaşdıqda şirkətə məlumat versinlər. Yazışmalar və profil araşdırılsın, hansı hesab və hansı nömrədən istifadə edildiyi müəyyənləşdirilsin”.

“EmbaFinans” müştərilərə çağırış edərək, “EmbaFinans”a yalnız rəsmi sayt vasitəsilə müraciət etməyi tövsiyə edib:

“Kreditlə bağlı məlumatları rəsmi saytdan əldə etsinlər və yalnız həmin məlumatlara əsaslansınlar. Çünki saxta profillərdə 50 min, 10 min, 20 min manatadək kreditlərin verilməsi ilə bağlı müxtəlif vədlər paylaşılır. Müştərilər diqqətli olmalı və bu cür təkliflərə inanmamalıdırlar”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR