• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakıda itkin düşmüş şəxs tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

03 May 2023 | 16:20

Bakıda itkin düşmüş şəxs tapıldı - YENİLƏNİB

Dünən Bakıda itkin düşən 36 yaşlı Eyvaz Məlikov paytaxt ərazisində tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.
 

11:06

Bakıda yaddaş pozğunluğu olan 36 yaşlı şəxs itkin düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, Məlikov Eyvaz Cümşüd oğlu dünən günorta saatlarında yaşadığı Nizami rayonu Əzim Əzimzadə küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailəsindən bildirilib ki, E.Məlikov məhdudiyyətli şəxs olduğundan onun taleyindan narahatdırlar: “Biz Eyvazı “Ekan” adı ilə çağırdığımızdan o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün. Və ya kimsə görüb pis olub özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik onu görənlər bizə və ya polisə məlumat versin”.

E.Məlikovun itkin düşməsi ilə bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinə də məlumat verilib.

E.Məlikovun ailəsinin əlaqə nömrəsi: 050 426-76-04


Bakıda itkin düşmüş şəxs tapıldı - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026