• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Bakıda ağır qəza - ölən var

HADİSƏ

19 Dekabr 2024 | 09:54

Bakıda ağır qəza - ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

    Belə ki, 1989-cü il təvəllüdlü Davud Əhmədovun idarə etdiyi "Mercedes 190" markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Elvin Allahverdiyevin idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil ilə toqquşub.

    Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    2013-cü təvəllüdlü sərnişin Zəhra Əhmədzadə almış olduğu müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Respublika Neyrocərrahiyə xəstəxanasında ölüb.

    Fakta cinayət işi başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Iyul 2026