• Bakı 16° C

    12.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bakıda APA-ının İcraedici Şurasının iclası keçirilir

SİYASƏT

21 Fevral 2024 | 14:37

Bakıda APA-ının İcraedici Şurasının iclası keçirilir

Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İrcaedici Şurasının iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

    İclasın gündəliyinə APA-nın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, APA-nın Baş katibinin çxışı, 2024-cü il üçün APA-nın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sesiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.

    İclasda, həmçinin APA-nın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələləs və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.

    Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

    Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

    Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.

    Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.


    SON XƏBƏRLƏR

    21 Aprel 2024
    20 Aprel 2024