• Bakı 21° C

    2.45 m/s

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

SİYASƏT

23 Dekabr 2024 | 10:15

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

Bakıda Azərbaycan Din Xadimlərinin Forumu öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədən verilən məlumata görə, forumun “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dini sahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədə dini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.

Tədbir çərçivəsində “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusunda fotosərgi də nümayiş etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026