Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, tədbir 29 iyun – 3 iyul 2026-cı il tarixlərində Bakı və Xankəndi şəhərlərində baş tutacaq.
"Türk Dünyası Həftəsi" Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur.
Konfransda Azərbaycanla yanaşı, müxtəlif türk dövlətlərindən alim və tədqiqatçıların iştirakı, türkoloji elmin aktual istiqamətlərinin, ortaq tarixi-mədəni irsin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dünyasının elm tarixində mühüm hadisələrdən biri hesab olunur və bu il həmin tarixi tədbirin 100 illiyi qeyd edilir.
Əli Hüseynov
Bakı 



