Bakının Əhmədli qəsəbəsində inşa olunması planlaşdırılan “Əhmədli Mall”ın 2027-ci ilin əvvəlinədək hazır olması gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, yeni ticarət mərkəzinin yaradılması ilə bağlı artıq müvafiq addımlar atılıb. Layihənin Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketinin ərazisində həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, “Əhmədli Mall”da bir sıra məşhur beynəlxalq və yerli brendlərə məxsus mağazaların fəaliyyət göstərməsi nəzərdə tutulur. Bundan başqa, ticarət mərkəzinin daxilində məşhur banklardan birinin ofisinin yerləşdirilməsi ilə bağlı da işlər görülür.
Qeyd edək ki, yeni ticarət mərkəzinin layihəsi ilə bağlı ilkin hazırlıq işlərinə 2026-cı ilin aprelində başlanıldığı barədə məlumat yayılıb.
Murad İsmayıl
Bakı 



