• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çimərliyə kanalizasiya suyu axır? - VİDEO

CƏMİYYƏT

13 Iyul 2023 | 15:13

Çimərliyə kanalizasiya suyu axır? - VİDEO

Bakının Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində çimərliyə kanalizasiya sularının axıdılmasını əks etdirən görüntülər yayılıb. Görüntülərdən də aydın olur ki, çirkab sular boru vasitəsilə dənizə tökülür, yaxınlıqda isə insanlar çimir. 

Bakıvaxtı.az xəbər verir ki, "Qafqazinfo" yayılmış görüntülərlə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb. 

Xəzər Rayon İcra Hakimiyyətindən rayon ərazisindən dənizə kanalizasiya sularının axıdılmadığını bildiriblər: “Bizim rayonda Xəzərə kanalizasiya suları axıdılmır. Yalnız bir drenaj xətti var ki, o da qrunt sularının axıdılması üçün nəzərdə tutulub. Yağış yağarkən həmin boru vasitəsilə sular dənizə axıdılır. Ondan başqa hər hansı kanalizasiya borusu yoxdur”.

“Azərsu” ASC-dən isə sorğumuza cavab olaraq bildirilib yayılmış videodakı borular “Azərsu”ya məxsus deyil: “Həmin ərazidə “Azərsu” ASC-yə məxsus kanalizasiya infrastrukturu mövcud deyil. Videodan görünür ki, bu vətəndaşların özlərinin xəttə birləşdirdiyi və Xəzər dənizinə axıdılan sulardır. Orada “Azərsu” ASC-nin mərkəzləşdirilmiş kanalizasiya xətləri yoxdur”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026