• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Bakıda Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi Sərgisi keçirilir

COP29

11 Noyabr 2024 | 17:18

Bakıda Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi Sərgisi keçirilir

Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) Sərgisi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin köməkçisi Anar Ələkbərov eləcə də digər şəxslər iştirak ediblər.

Sərgi proqramı dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir. Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq onların qorunmasının vacibliyini ön plana çıxarır.

Sərgidə müxtəlif müəllif və fondların çəkdiyi fotolar nümayiş olunub: Pol Votson Fondunun "Farer adalarında "Grindadrap" kimi tanınan pilot balina və delfin ovları", Zimi Da Kid "Ölü çəkicbaşlı köpəkbalığı", “Xəzər dənizinin sahillərində ölü suiti" və s. fotolar nümayiş olunub.

Dəniz mühafizəçisi Elisa Filips fotolar barədə məlumat verərək iqlim dəyişikliyi mövzusunu müzakirə edərkən dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almağın vacibliyini vurğulayıb:

"Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər".

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində suitiləri görmək adi hal idi, amma bu gün nadir hadisəyə çevrilib. Bu onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir.


SON XƏBƏRLƏR

26 Dekabr 2024