• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Salamat Ramil” avtomatla tutuldu - VİDEO

HADİSƏ

18 Mart 2023 | 17:29

“Salamat Ramil” avtomatla tutuldu - VİDEO

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR