• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bakıda gecə saat 4-də ötüşən maşınlar qəza törətdi: Piyada təkər altında öldü

HADİSƏ

10 Sentyabr 2024 | 14:03

Bakıda gecə saat 4-də ötüşən maşınlar qəza törətdi: Piyada təkər altında öldü

İyulun 3-də saat 04:10 radələrində Xətai rayonu “8 noyabr” prospektində baş vermis dəhşətli yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, piyada Rəsul Rüstəmovun ölümü ilə nəticələnən qəzaya görə 2 avtomobilin sürücüsü təqsirləndirilib.

Bir neçə gün əvvəl başa çatan məhkəmə prosesində bildirilib ki, həmin gecə prospektdə Mehdi adlı gəncin sürdüyü “Mitsubishi Lancer” və onun dostu Riadın idarə etdiyi “Mercedes C200” markalı iki avtomobil ötüşürmüş. Hadisə vaxtı avtonobillərin sürəti 140 km/saat olub.

Həmin vaxt “Mitsubishi Lancer” idarəetmədən çıxaraq yolun sağındakı səkiyə çıxıb və daş hasara çırpılıb. Avtomobilin zərbəsindən yayınmağa fürsət tapa bilməyən piyada Rəsul Rüstəmov zərbənin təsirindən Riadın sürdüyü digər avtomobilin altına düşüb. Təkərin altında qalan piyada hadisə yerində ölüb.

Məhkəmə prosesində Mehdi piyadanın onun avtomobilinin zərbəsi nəticəsində ölmədiyini bildirib.

Xətai rayon Məhkəməsi onun barəsindəki işi ölüm hadisəsi ilə bağlı açılmış cinayət işindən ayıraraq ayrıca icraata verib.

Həmçinin ötüşərkən qəza törədən və piyadanın ölümünə səbəb olan “Mercedes”in sürücüsünə hökm oxunub. Xətai rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə o, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək 22 yaşlı gənc barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR