• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bakıda hərbçilərin yürüşü təşkil olunub - CANLI - YENİLƏNİB

CƏMİYYƏT

26 Iyun 2025 | 12:02

Bakıda hərbçilərin yürüşü təşkil olunub - CANLI - YENİLƏNİB

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

***

10:05

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakıda mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edirlər.

Yürüşlər:

Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

 Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;


SON XƏBƏRLƏR

25 Iyun 2025