• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda iki qadın evə basqın edib - FOTO/VİDEO

HADİSƏ

27 May 2021 | 11:40

Bakıda iki qadın evə basqın edib - FOTO/VİDEO

Bakıda evə basqın edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş DİN-in “102” Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04:00 radələrində evinə daxil olan iki nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyələrinə dəmir ling və bıçaqla xəsarətlər yetirib, quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb.

Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını da götürüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

“Səma Əsədova və Dilək İbrahimovanın paytaxt ərazisində törətdikləri cinayətlərin sayının artacağı istisna olunmur”, - deyə mətbuat xidmətindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026