• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Bakıda İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

COP29

16 Noyabr 2024 | 11:44

Bakıda İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

Kosmik fəaliyyətlərin iqlim problemlərinin həllinə verdiyi töhfələrə son illərdə diqqət yetirilməyə başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən Dünyanın Kosmik Liderlər Zirvəsində Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədri Saməddin Əsədov deyib.

O qeyd edib ki, Dünyanın Kosmik Liderlər Zirvəsində iştirakçı ölkələrin mövqelərinin Birgə İqlim Fəaliyyəti üzrə Birgə Səylər: Tərəfdaşlıq, Potensial və Məlumat Paylaşımı mövzusu ilə uzlaşdırılmasına diqqət yetiriləcək:

    "Biz, həmçinin, Beynəlxalq Kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyini – COP29 Təsiri və Nəticələrini qəbul edəcəyik. Bu qəbul sadəcə rəsmi əməliyyat deyil. O, həm də kollektiv öhdəliyimizi təmsil edən simvolik məna və tarixi rezonans daşıyır.
    Kosmik texnologiya təkcə kəşfiyyat vasitəsi deyil, həm də rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əlaqə ilə sıx inteqrasiya olunur".

    "Kosmosa təkcə bir vasitə kimi deyil, həm də elm, texnologiya, siyasət və fəaliyyət arasında körpü kimi baxmaq lazımdır. Bu Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq üçün mühüm imkan yaradır", - deyə S.Əsədov əlavə edib.


    SON XƏBƏRLƏR