• Bakı 24° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.8179

    RUB - 0.0193

Bakıda keçiriləcək Rusiya Mədəniyyəti Günlərinin proqramı açıqlanıb

Gündəm

24 Iyun 2024 | 14:49

Bakıda keçiriləcək Rusiya Mədəniyyəti Günlərinin proqramı açıqlanıb

Bakıda iyunun 24-25-də Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki ölkə arasında humanitar və mədəni əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlər təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Mədəniyyəti Günlərinin açılışı çərçivəsində iyunun 24-də Heydər Əliyev Sarayında “Rus klassikası” adlı qala-konserti təşkil olunacaq.

Rusiya Federasiyasının dirijoru, əməkdar artisti İvan Rudinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri böyük rus bəstəkarları P.İ.Çaykovski, S.V.Raxmaninov, N.A. Rimski-Korsakov və D.D.Şostakoviçin məşhur əsərlərini ifa edəcək.

Səməd Vurğun adına Azərbaycan Akademik Rus Dram Teatrının səhnəsində iyunun 25-də Moskva Quberniya Teatrının “Ailə şəkli” tamaşası nümayiş olunacaq.

Tədbirlərin proqramı master-klaslar ilə tamamlanacaq. Səməd Vurğun adına Rus Dram Teatrında iyunun 25-də Moskva Quberniya Teatrının aktrisası Alina İvahın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün vokal üzrə master-klasları keçiriləcək. Eyni zamanda sənətçilər Aleksandrin Pitirimov və Natalya Kulikova aktyorluq sənəti üzrə master-klaslar keçirəcəklər.


SON XƏBƏRLƏR