• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bakıda liftin dayanmasının səbəbi AÇIQLANDI

CƏMİYYƏT

12 Aprel 2024 | 17:54

Bakıda liftin dayanmasının səbəbi AÇIQLANDI

"Bakı Lifttəmir" İstehsalat Birliyi (İB) Gəncə prospekti 57, giriş 4 ünvanında binada liftin dayanması ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumun məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, liftin dayanmasına binaya elektrik enerjisinin verilməsində yaranmış fasilə səbəb olub.

"Müvafiq qurumun əməkdaşları tərəfindən liftdə qalan azyaşlı uşaq xəsarətsiz çıxarılıb. Təxminən 15 dəqiqə sonra elektrik enerjisinin verilməsi bərpa edilib və mütəxəssislər tərəfindən lift işə salınıb", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, mövcud qaydalara əsasən, 12 yaşdan aşağı uşaqların valideyn nəzarəti olmadan liftdən istifadəsi qəti qadağandır.


SON XƏBƏRLƏR

20 May 2024