• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə AŞDI

HADİSƏ

22 May 2024 | 13:55

Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə AŞDI

Bu gün səhər radələrində Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026