• Bakı 16° C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Bakıda minik avtomobili "KamAZ"la toqquşdu - ölən və xəsarət alanlar var

HADİSƏ

06 May 2025 | 09:20

Bakıda minik avtomobili KamAZla toqquşdu - ölən və xəsarət alanlar var

Bakıda minik avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Pirus” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşınında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq C.Dəmirqayayev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR

05 May 2025