• Bakı 33° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Bakıda qəza nəticəsində iki nəfər yaralanıb

HADİSƏ

09 Avqust 2026 | 09:35

Bakıda qəza nəticəsində iki nəfər yaralanıb

Paytaxtın Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan “Kia Optima” markalı avtomobil arakəsmədəki işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəzanın baş verməsinə avtomobil sürücüsünün epileptik tutma keçirməsi səbəb olub.

Qəza nəticəsində avtomobildə olan iki qadın sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində avtomobilə və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026