Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlının sözlərinə görə, hadisə bu gün saat 06:40 radələrində rayonun “28 May” küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H.-yə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hadisənin rəfiqələr arasında beş verdiyi qeyd olunub. Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilib.
Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, bu barədə ilk xəbəri Bakupost.az yayıb.