Bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup vətəndaş etiraz aksiyası keçirib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günündə (1920-ci il aprelin 28-də) keçirilən aksiyada Rusiya əleyhinə şüarlar səsləndirilib. Etiraz bəyanatında bildirilib ki, Rusiya 10 noyabr bəyanatından irəli gələn məsələləri icra etmir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Bakiavxti.az-a bildirib ki, hər hansı bir şəxsin saxanılması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində məlumat yoxdur: “Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan keçirilməyə cəhd göstərilən qanunsuz tədbirlərin qarşısı tərəfimizdən alınıb”.
Ramid İbrahimov
Bakivaxti.az
















