• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakıda təcili yardım maşını qəzaya düşdü - 6 nəfər yaralandı

HADİSƏ

03 Avqust 2021 | 00:27 | Müəllif: Subhan Mahmudov

Bakıda təcili yardım maşını qəzaya düşdü - 6 nəfər yaralandı

Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, təcili yardım maşını ilə "Opel" markalı avtomobil toqquşub.

Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və təcili yardımın iki xanım əməkdaşı yaralanıb. "Opel" markalı avtomobildə olan üç nəfərin isə daha ağır xəsarətlər aldığı bildirilir.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Opel" markalı avtomobilin yanlış manevr etməsi olub. Belə ki, "Opel" markalı avtomobilin sürücüsü qoşa xəttdən yolun əks istiqamətinə dönmək istəyən zaman sürətlə gələn təcili tibbi yardım maşını ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026