• Bakı 14° C

    12.32 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir

Gündəm

02 May 2024 | 09:46

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

    Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.

    Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

    100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

    Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.


    SON XƏBƏRLƏR

    16 May 2024