• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda yaşayış binasında yanğın oldu, 15 nəfər təxliyə edildi

HADİSƏ

30 Noyabr 2023 | 20:19

Bakıda yaşayış binasında yanğın oldu, 15 nəfər təxliyə edildi

Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb.

Müvafiq tədbirlər davam etdirilir.

 

***

Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.


SON XƏBƏRLƏR

26 Iyul 2024