• Bakı C

    12.36 m/s

  • USD - 1.7

    EUR - 1.7893

    RUB - 1.6487

Bakıda yaşıl zirvə: Ermənistan özünütəcridə davam edir

COP29

12 Noyabr 2024 | 16:27

Bakıda yaşıl zirvə: Ermənistan özünütəcridə davam edir

COP29 kimi möhtəşəm bir beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal əhəmiyyətli ekoloji problemlərin həllindəki rolunu və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirır. Bu konfransda qlobal iqlim dəyişikliyi ilə mübarizə yollarının müzakirəsi, yeni ekoloji yanaşmaların formalaşdırılması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi kimi mühüm mövzular yer aldı.

Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı ilə baş tutan bu tədbir yalnız ölkə üçün deyil, həm də region və dünya üçün vacib bir platforma rolunu oynayşr. Buna baxmayaraq, Ermənistanın bu əhəmiyyətli tədbirdə iştirakdan imtinası beynəlxalq ictimaiyyətdə suallar doğurur və onun beynəlxalq təşkilatlardakı qeyri-sabit mövqeyini daha da gücləndirib.

Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etməsi ölkənin beynəlxalq iqlim dəyişiklikləri ilə mübarizə prosesindəki təşəbbüskar rolunu bir daha nümayiş etdirdi. Ölkəmiz qlobal iqlim tədbirlərində fəal iştirak etməklə yanaşı, öz ekoloji strategiyasını da gücləndirməyə davam edir. Bu tədbirin Bakıda keçirilməsi ölkənin dünya miqyasında ekoloji məsələlərə verdiyi önəmi və təşkilati qabiliyyətlərini göstərir.

Ermənistanın isə bu tədbirdən imtina etməsi onun beynəlxalq münasibətlərdəki qeyri-stabil mövqeyinin daha bir nümunəsi kimi qiymətləndirilə bilər. Qlobal iqlim tədbirindən kənarda qalmaqla, Ermənistan həm ekoloji, həm də iqtisadi məsələlərdə özünü təcrid etməyə davam edir. Verilən qərar Ermənistanın BMT-dəki mövqeyinin qeyri-sabit olduğunu və qlobal problemlərin həllinə qarşı məsuliyyətsiz yanaşmasını ortaya qoyur. Ətraf mühitin qorunması kimi mühüm məsələlərdə belə bir mövqeyin seçilməsi Ermənistanın gələcəkdə beynəlxalq səviyyədə etibarına və əməkdaşlıq imkanlarına mənfi təsir göstərəcək.

Azərbaycan isə ekoloji problemlərə regional və qlobal miqyasda səmərəli həll yolları təklif edərək bu məsələdə ardıcıl və məsuliyyətli mövqe tutur. Konfrans zamanı Azərbaycanın bir çox ölkə ilə təcrübə mübadiləsi və yeni tərəfdaşlıqlar qurması ekoloji problemlərin həllində birgə fəaliyyətin nə qədər önəmli olduğunu vurğuladı. COP29 tədbirində iştirak edən ölkələr Azərbaycanla əməkdaşlıq sahələrini genişləndirərək regionda daha sabit və dayanıqlı bir ekoloji gələcək qurmaq üçün bir araya gəldilər.

Bu konfransın yüksək səviyyədə təşkil olunması Azərbaycan hökumətinin beynəlxalq ekoloji layihələrə olan dəstəyini, texniki imkanlarını və idarəetmə qabiliyyətini göstərdi. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfələr beynəlxalq aləmdə geniş təqdir olundu və ölkənin qlobal ekoloji liderliyini təsdiq etdi. Ermənistanın bu tədbirdə iştirakdan imtinası isə qlobal problemlərə biganə yanaşmanın və öz maraqlarını dünya problemlərindən üstün tutmağın nəticəsi kimi qiymətləndirilir. Bu, həm Ermənistanın beynəlxalq ictimaiyyətə verdiyi siqnalları zəiflədir, həm də ölkənin bu sahədəki gələcək əməkdaşlıq imkanlarını məhdudlaşdırır.

Beləliklə, Azərbaycan regionda ekoloji məsələlərdə lider rolunu təsdiqləyir, Ermənistanın tədbirdə iştirak etməməsi isə onun beynəlxalq nüfuzuna ciddi mənfi təsir göstərir və beynəlxalq arenada təcrid olunmasına gətirib çıxarır.

Ölkəmizin COP29-u yüksək səviyyədə təşkil etməsi onun həm regional lider, həm də ekoloji məsələlərdə təşəbbüskar ölkə kimi nüfuzunu möhkəmləndirdi. Azərbaycanın ekoloji problemlərin həllinə yönəlmiş qətiyyətli addımları beynəlxalq aləmdə təqdir olunarkən, Ermənistanın iştirakdan imtinası onun ekoloji və qlobal problemlərə laqeyd münasibətini göstərdi. Ermənistanın BMT-dəki qeyri-stabil və ardıcıl olmayan mövqeyi də bu imtina ilə bir daha üzə çıxdı. Azərbaycan beynəlxalq tərəfdaşlarla birgə gələcək nəsillərə təmiz və yaşıl dünya mirası qoymaq yolunda ciddi səylər göstərərkən Ermənistanın bu prosesdən kənarda qalması onun beynəlxalq nüfuzuna mənfi təsir edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Dekabr 2024