Soyuğa və təhlükəyə baxmayaraq piyada səfərə davam edən vətəndaş diqqət çəkdi.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Ağa Mehdiyev ötən ilin dekabrın 31-də Bakıdan Qubaya piyada səfərə başlayıb.
Onun məqsədi insanların “Gəncləşən narkomaniyaya”, “Sağlam həyata” diqqəti artırmaqdır.
"Ümumiyyətlə hadisələrə, problemlərin özünə yanaşmaları tədricən dəyişməyin tərəfdarıyam. Fikrimcə, bir çox məsələlər konfrans zallarından, nəzəri mövzulardan, həm də, xüsusən praktiki müstəviyə keçməlidir. Bu daha yaradıcı, anlaşılan, təsirli olur. Belə işlər insanları daha fərqli düşünməyə, həll yolları tapmağa sövq edir. Xüsusən məktəbli, gənclərin üfüqlərinə çox müsbət təsir edir",- deyə A.Mehdiyev bildirib.
O, hazırda Şabran rayonundadır.
Ramid İbrahimov



















