• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakıdan Şərm əl-Şeyx şəhərinə birbaşa reys açılır

CƏMİYYƏT

16 Mart 2023 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

Bakıdan Şərm əl-Şeyx şəhərinə birbaşa reys açılır

“Azərbaycan Hava Yolları” QSC “PASHA Travel” turoperatoru ilə birgə Misirə çarter reyslərinin icrasına başlayacaq.
 
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, martın 17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.
 
Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.
 
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.
 
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR