• Bakı 26° C

    15.26 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Balakəndə dərzi sexi və mağaza yandı

HADİSƏ

30 Noyabr 2023 | 21:17

Balakəndə dərzi sexi və mağaza yandı

Balakəndə dərzi sexi və mağaza yanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın hadisəsi rayonun Səttar Gözəlov küçəsində baş verib.

Yanğın yerinə Balakən rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı 1980-cı il təvəllüdlü Hüseynov Rasim Teymur oğluna məxsus ümumi sahəsi 25 m² olan dərzi sexi içərisindəki əşyaları ilə birlikdə tamamilə, 1974-cü il təvəllüdlü Məmmədov Kamran Əli oğluna məxsus parça mağazasının isə 2 m² dam örtüyü yanıb.

Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024