• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Balakəndə narkobaron saxlanıldı - FOTO

CƏMİYYƏT

08 May 2021 | 15:36

Balakəndə narkobaron saxlanıldı - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini Aydın Qasımov saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman 40-a yaxın kağız bükümdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin, onların satışından əldə etdiyi 3500 manat pul, eləcə də xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. 

Həyata keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən Balakən şəhər sakini Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Balakəndə narkobaron saxlanıldı - FOTOBalakəndə narkobaron saxlanıldı - FOTOBalakəndə narkobaron saxlanıldı - FOTOBalakəndə narkobaron saxlanıldı - FOTOBalakəndə narkobaron saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026