Kəlbəcərdə 5 gün əvvəl çaya düşərək boğulan 11 yaşli uşağın meyiti tapılıb.
Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 11 yaşlı Yaqub Abutalıbovun meyitini Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tapıblar.
Azyaşlının yaxınları hadisənin necə baş verdiyini danışıblar. Bildirilib ki, uzun illərdir Bərdədə məskunlaşan kəlbəcərli ailə artıq bir neçə ildir ki, öz təsərrüfatlarını yay mövsümündə Kəlbəcər yaylaqlarına aparır. Bu il də ailə yaylağa köç edib və orada düşərgə salıblar. 11 yaşlı Yaqub Abutalıbov düşərgədən təxminən 200 metr məsafədə çaydan su gətirməyə gedib. Onun qaba su dolduran zaman çaya düşdüyü və boğulduğu bildirilir.
Azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.
Bakı 



